"Bu gün ölkəmizə gələn ukraynalı uşaqlar müharibəni öz gözləri ilə görüblər".
Oxu.Az xəbər verir ki, bu sözləri Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev deyib.
O bildirib ki, ukraynalı uşaqların daha bir qrupu, bu dəfə Mariupoldan olan uşaqlar Azərbaycana gətirilib:
"Bu uşaqlar müharibəni öz gözləri ilə görüblər. Azərbaycan hökumətinin, Azərbaycan rəhbərliyinin və bütün Azərbaycan xalqının bu çox vacib proqram üçün göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. Bu proqram xalqlarımızı, uşaqlarımızı və ölkələrimizi bir-birinə yaxınlaşdırır".
Qaynar xətt:
(055) 224 12 12