Sabunçu rayonunun Zabrat qəsəbəsində su borusunun partlaması ərazidə yaşayan sakinlərin həyat şəraitini çətinləşdirib.
Oxu.Az-a daxil olan görüntülərdə suyun küçəyə axdığı, ətraf ərazilərdə gölməçələr yaratdığı müşahidə edilir.
Sakinlər problemin qısa müddətdə aradan qaldırılmasını və aidiyyəti qurumların tədbir görməsini tələb edirlər.
Qaynar xətt:
(055) 224 12 12