Bakının Sabunçu rayonunun Zabrat-2 qəsəbəsi, Azadlıq küçəsi, ev 12 ünvanında partlayan su borusu ilə bağlı problem yenidən yaranıb.
Bu barədə Oxu.Az-a müraciət daxil olub.
Sakinlərin sözlərinə görə, su xəttində təmir işləri aparılaraq problem aradan qaldırılıb. Lakin təmirdən bir neçə saat sonra boru yenidən partlayıb və su küçəyə axmağa başlayıb.
Hazırda ərazidə yenidən su gölməçəsi yaranıb, yolun bir hissəsi palçıq içində qalıb.

Məhərrəm Əliyev
Sabunçu rayonunun Zabrat-2 qəsəbəsi, Azadlıq küçəsi, ev 12 ünvanında su borusunda baş verən qəza aradan qaldırılır.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib.
"Sözügedən ünvanda su xəttində baş verən qəza ilə əlaqədar əraziyə briqada cəlb olunub. Hazırda şəbəkənin təmiri və bərpası istiqamətində işlər görülür", - deyə məlumatda bildirilib.

