Sabunçu rayonunun Zabrat-2 qəsəbəsi, Azadlıq küçəsi, ev 12 ünvanında sakinlər su borusunun partlamasından şikayət edirlər.
Oxu.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, boru səhər saatlarında partlayıb və nəticədə su küçəyə axmağa başlayıb.
Su axınının davam etməsi sakinlər üçün narahatlıq yaradıb.
Vətəndaşlar problemin qısa zamanda aradan qaldırılmasını istəyirlər.
Qaynar xətt:
(055) 224 12 12