Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Zabrat qəsəbəsinin sakinləri illərdir yol problemindən əziyyət çəkirlər - ŞİKAYƏT
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Cəlal Qaryağdı küçəsinin sakinləri yolun şəraitsizliyindən şikayətçidir.
Oxu.Az-a şikayət ünvanlayan sakinlər bildiriblər ki, illərdir yol təmirsiz, asfaltsızdır:
"Zabrat qəsəbəsi, "Kərpiczavod" adlanan ərazi, Cəlal Qaryağdı küçəsində yol illərdir təmirsiz vəziyyətdədir. Yolun şəraitsiz vəziyyətdə olduğu üçün gediş-gəliş çətinləşib".
Ərazidən video və fotoları təqdim edirik:
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən küçənin asfaltlanması ilə bağlı tədbirlərin İnvestisiya Proqramına salınması üçün rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət olunub:
"Rayonun bütün qəsəbələrində olduğu kimi Zabrat qəsəbəsində də qəsəbədaxili yolların asfaltlanması mərkəzləşmiş qaydada aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Dövlət İnvestisiya Proqramları çərçivəsində həyata keçirilir. Zabrat qəsəbəsində Cəlal Qaryağdı küçəsinin də asfaltlanması ilə bağlı tədbirlərin İnvestisiya Proqramına salınması üçün rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət olunub", - deyə cavabda qeyd olunub.
Aygün Mirakif
"Yol təmiri" teqi üzrə xəbərlər
- Bakıda bir istiqamətdə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilir
- Sürücüləri çətin vəziyyətdə qoyan yol: "Arakəsmə var, YOL NİŞANLARI YOXDUR"
- BDYPİ paytaxtdan Quba istiqamətində gedən sürücülərə xəbərdarlıq edib
- Cənubi Koreyada tikilməkdə olan YOL ÇÖKDÜ: Ölənlər var
- Lökbatanda yolda təmir işləri tıxaca səbəb olub