Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Qeyd edilib ki, 198 nömrəli xətt ilə hərəkət edən sərnişin avtobusu firmalardan birinə məxsus yük maşını ilə toqquşub.
Hadisə nəticəsində yük maşınına ciddi ziyan dəyib. Xəsarət alanın olmadığı bildirilir.


Qaynar xətt:
(055) 224 12 12