Bu gün Milli Məclisin son iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Zahid Orucla həmkarı Yevda Abramov arasında mübahisə baş verib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Yevda Abramov Zahid Oruca replika atıb. Z. Oruc da həmkarının replikasını sərt formada cavablandırıb və əlini ona tərəf uzadaraq
“Yaxşı ki, bu parlamentə sədrliyi yəhudilər etmir...”- deyib.
Onu qeyd edək ki, parlamentin bundan öncəki iclasında da Y. Abramov Z. Orucun çıxışı zamanı "söz verilir Zahid Oruca"-deyə, yerdən replika atmışdı.
E.Ə.
www.oxu.az