Baş Prokurorluğun idarə rəisinin müavini təqaüdə göndərilib.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Elman Əliyev prokurorluq orqanlarında qulluqda olmanın yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.
E.Ə.
www.oxu.az