Rusiya Gürcüstanın seçdiyi Avropa və Avroatlantik strukturlara inteqrasiya - xarici siyasət kursundan dönməsinə səy göstərir.
Oxu.Az Novosti-Qruziya-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Georgi Marqvelaşvili ölkə parlamentində illik məruzə ilə mart ayının 31-də çərşənbə axşamı çıxış edərkən bildirib.
“Rusiya tərəfindən qlobal miqyasda aparılan ideoloji təbliğat kampaniyasının obyektlərindən biri Gürcüstandır. Bu kampaniyanın əsası Gürcüstanı Avropa və avroatlantik seçimlərindən yavaşca uzaqlaşdırmaqdan ibarətdir”, - prezident bəyan edib.
Onun sözlərinə görə, Rusiyanın Gürcüstan ərazisində etdikləri qeyri-stabillik təhlükəsini yüksəldir.
“Gürcüstan ərazisinin hissələrinin işğalı və hərbiləşdirilməsi qeyri-sabitlik təhlükəsini artırır. Qara dəniz və Cənubi Qafqaz regionunda bizim təhlükəsizliyimizin mühüm səbəbi Rusiya Federasiyasıdır. Rusiya Federasiyası 2008-ci il avqust ayının 12-də imzalanmış atəşkəs haqqında razılığı yerinə yetirmir, güc tətbiq etməməyə dair öhdəçiliyi üzərinə götürməkdən imtina edir. Keçən il silahlı qüvvələr tikanlı məftillərlə manipulyasiyaya davam ediblər”, - prezident bəyan edib.
O, Rusiya tərəfindən Abxaziya və Tsxinvali regionunun hakimiyyəti ilə de-fakto ilə razılaşmasını pisləyib və Gürcüstanın beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyini qeyd edib.