Azərbaycanın Baş Prokurorluğunda yeni təyinatlar olub.
Oxu.Az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Qafqazinfo-ya verdiyi məlumata görə, Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş Prokurorluğun Ədliyyə və Vergilər Nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, üçüncü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tutduğu vəzifədən azad olunaraq Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi, Baş Prokurorluğun Ədliyyə və Vergilər Nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Ramil Məcidov isə həmin idarənin rəisi vəzifələrinə təyin ediliblər.
Xatırladaq ki, Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin sabiq rəisi Əzizağa Həsənov bu ilin yanvar ayında dünyasını dəyişib.