Amerikada usta sürücünün idarə etdiyi TIR-ı son anda aşmaqdan xilas etməsini əks etdirən video yayılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, ABŞ-ın Kansas əyalətində baş vermiş hadisədə avtobanda sürətlə şütüyən TIR küləyin də təsiri ilə 2 təkər üstə qalxaraq 45 dərəcə yana əyilib.
Avtomobili ustalıqla idarə edən sürücü böyük bir faciənin də qarşısını alıb.
TIR aşacağı anda soyuqqanlılığını qoruyan sürücü qəfil bir manevrlə avtomobilin aşmasının qarşısını alıb.