Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Zakir Qaralovdan yeni TƏYİNATLAR
Baş Prokurorluqda kadr dəyişiklikləri olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb.
Əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin rəisi Sahib İsmayılov vəzifəsindən azad olunub. O, Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Baş prokurorun digər əmri ilə Rəşid Mahmudov Daxili təhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə gətirilib.
O, bundan əvvəl Mütəxəssis təhlilləri şöbəsinin rəisi vəzifəsində çalışıb.
Mütəxəssis təhlilləri şöbəsinin rəisi vəzifəsinə isə Rövşən Abdullayev təyinat alıb.
İlhamə Əbülfət
Rəylər