Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Zaqatalada 37 yaşlı kişi iynədən ölüb?
Zaqatalanın Muxax kənd sakini, 37 yaşlı Rafael Ramazanov dünyasını dəyişib.
Yaxınlarının sözlərinə görə, o, bir neçə gün əvvəl burun problemləri ilə bağlı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib və ona müalicə təyin olunub. Noyabrın 13-də tibb bacısı xəstəyə həkimin yazdığı sistemi və daha sonra antibiotik iynəsini vurub. Bu prosedurdan sonra R.Ramazanovun vəziyyəti kəskin pisləşib.
"Tibb bacısı gəlib sistem qoşdu. Bir az keçəndən sonra gördüm ki, ağzından qan gəlir. Yanımdan keçdi, bir də gördüm ki, yıxıldı" ,- deyə mərhumun atası bildirib.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb edilsə də, R.Ramazanovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, mərhum iki uşaq atası idi. Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:
"Zaqatala rayonu Muxax kənd sakini anafilaktik şokdan həyatını itirib".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilib.
"1987-ci il təvəllüdlü şəxslə bağlı 13 noyabr saat 22:30-da Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə çağırış daxil olub. Ünvana təcili yardım briqadası cəlb olunub.
Göstərilən zəruri tibbi yardıma baxmayaraq, saat 23:13-də anafilaktik şok diaqnozu ilə şəxsin ambulansda xəstəxanaya qədər ölüm faktı qeydə alınıb.
Mövcud protokollara uyğun olaraq xəstəxanaya çatdırıldıqdan sonra da bütün reanimasiya tədbirlər görülsə də, ölüm faktı öz təsdiqini tapıb", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Zaqatala sakini xəstəxanada ölüb.
Lent.az-ın məlumatına görə, Muxax kənd sakini 37 yaşlı Rəfael Məhəmməd oğlu Ramazanov anafilaktik şok nəticəsində xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bundan əvvəl bir neçə gün ərzində rayon xəstəxanasında 4 körpə vəfat etmişdi.
Rəylər