Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Zaqatalada 35 yaşlı kişi dəm qazından ölüb
Zaqatalada 35 yaşlı kişi dəm qazından boğulub.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə günorta saatlarında Zaqatala şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən evdə baş verib.
İlkin məlumata görə, 1990-cı il təvəllüdlü Anar Abdullayevin meyiti yaşadığı evin hamamında aşkar edilib. Onun dəm qazından boğulduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
"Dəm qazından zəhərlənmə" teqi üzrə xəbərlər
Ən çox oxunanlar