Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Türkiyəli deputat ağır ürək əməliyyatı keçirdi – Vəziyyəti ağırdır
Türkiyə Böyük Millət Məclisinin sədr müavini, DEM Partiyasının İstanbul deputatı Sırrı Süreyya Önder ürəyindəki ciddi problem səbəbilə 12 saatlıq ağır əməliyyat keçirib.
Oxu.Az bu barədə "TRT Haber"ə istinadla xəbər verir.
Bildirilir ki, o, xəstəxanaya gətiriləndə nəbzi olmayıb, 10 dəqiqəlik ürək masajından sonra qan dövranı bərpa olunub.
Həkimlərin sözlərinə görə, onda "aort diseksiyası" (ürəkdən çıxan əsas damarların yırtılması) aşkar edilib.
"Təxminən 12 saatlıq əməliyyatdan sonra Önder ECMO dəstək cihazına qoşulub. Onun həyatına təhlükə hələ də davam edir, xüsusilə beyin funksiyalarına dair narahatlıqlar var", - deyə xəstəxanadan bildirilib.
Bununla belə, DEM Partiyası və xəstəxana rəsmiləri bildirir ki, vəziyyət ağır olsa da, ümidlərini qoruyurlar.
Səhiyyə naziri və digər rəsmi şəxslər də vəziyyəti yaxından izlədiklərini vurğulayıblar.

"Türkiye Büyük Millet Meclisi (TBMM)" teqi üzrə xəbərlər
- Fuat Oktay: "Bakını Ankaradan, Ağdaşı İzmirdən ayırmırıq"
- Türkiyə parlamenti fövqəladə iclas üçün toplanacaq
- Dünyada spirtli içkilərimizin dadına Türkiyə vasitəsilə baxacaqlar - FOTO
- TBMM-in Baş katibi: “Xocalıya ədalət” Türkiyənin də şüarıdır”
- Türkiyə parlamentinin sədri: “Azərbaycan xalqının dərdini ürəkdən bölüşürəm” - FOTO