Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Türkiyə parlamentinin sədr müavini vəfat edib
Türkiyənin DEM Partiyasının (Xalqların Bərabərlik və Demokratiya Partiyası) İstanbuldan millət vəkili və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini Sırrı Süreyya Önder vəfat edib.
Oxu.Az "Haber Global" telekanalına istinadla xəbər verir ki, deputat 18 gündür müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Onun ölümünə səbəb kimi bir neçə orqan çatışmazlığı göstərilir.
Xatırladaq ki, Önder ürəyindəki ciddi problem səbəbilə xəstəxanaya yerləşdirilmişdi.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar