Zaqatalada dəm qazından zəhərlənən ana və qızı şəhidin ailə üzvləridir.
Lent.az-ın əldə etdiyi məlumata görə, dəm qazı zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən Naimə İrapova və qızı, 15 yaşlı Havva İrapova Vətən müharibəsi şəhidi İsmayıl İrapovun anası və bacısıdır.
Zaqatala rayonunun Əliabad qəsəbəsində ana və qızı dəm qazından zəhərləniblər.
Oxu.Az xəbər verir ki, 1983-cü il təvəllüdlü Nayimə İrapova və 2009-cu il təvəllüdlü qızı Havva İrapova dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Rəylər