Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Zaqatalada beş il əvvəl istifadəyə verilən körpü yararsız hala düşdü - FOTO + AÇIQLAMA
Zaqatala sakinləri şəhərin ərazisindən axan Tala çayı üzərində yerləşən körpünün yararsız hala düşməsindən şikayətçidirlər.
Sakinlər bildiriblər ki, körpüdə baş verən qəzalara səbəb orada nasazlığın olmasıdır:
“Belə ki, təzə istifadəyə verilən körpüdə artıq çala əmələ gəlib. Nabələd sürücülər həmin çalaya düşməmək üçün qəfil əyləci basırlar və nəticədə arxadan gələn maşınlar toqquşmaya məruz qalır. Son günlər, həmçinin bu gün körpüdə baş verən qəza bu versiyanı təsdiqləyir. Ümid edirik ki, yol istismar idarəsi sakinlərin haqlı iradını nəzərə alacaq və bu problem aradan qaldırılacaq”.
Məsələ barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-ın sorğusuna cavab olaraq sözügedən körpüdə problemin olmasını təsdiqləyib:
“Həqiqətən Tala çayı üzərində yerləşən körpüdə belə bir problem var. Artıq məsələnin həlli üçün aidiyyəti şöbəyə tapşırıq verildi və qısa müddət ərzində orada tədbirlər görüləcək”.
Qeyd edək ki, Tala çayı üzərində yerləşən körpü sonuncu dəfə 2017-ci ildə əsaslı şəkildə təmir olunub.
İlhamə Əbülfət
Rəylər