Zaqatalada itkin düşən Bakı sakinləri açıqlama veriblər.
Onlar bildiriblər ki, iki dost Zaqatalaya səyahət məqsədi ilə gedib:
“Çay ilə hərəkət edərkən dərədə çıxılmaz vəziyyətdə qaldığımızın fərqinə vardıq. Dərhal Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinə zənglə məlumat verdik. Sağ olsunlar bizə köməklik göstərdilər”.
Daha ətraflı süjetdə:





08:32
Zaqatalada şəlaləyə gedən Bakı şəhər sakinləri itkin düşüblər.
APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.
Bildirib ki, dünən saat 14 radələrində iki nəfər paytaxt sakininin Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə getmələri və meşəlik ərazidə yolu azmaları barədə polisə məlumat daxil olub. Rayon Polis Şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və ərazini tanıyan yerli sakinlərin də iştirakı ilə onların axtarışları davam etdirilir.
08:30
Zaqatalada iki yerli turist dağlarda itkin düşüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, ötən gün iki nəfər şəxsiyyəti hələ məlum olmayan yerli turist Zaqatala rayonu Qəbizdərə istiqamətindən Zaqatala şəlaləsinə gedən zaman dağlıq-meşəlik ərazidə itkin düşüb.
Turistlərin itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xətt xidmətinə və DİN-in Zaqatala Rayon Polis Şöbəsinə məlumat verilib.
Hazırda həmin şəxslərin tapılması istiqamətində əməliyyat tədbirləri aparılır.
İlhamə Əbülfət