Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Zaqatalada nəvəsi tərəfindən bıçaqlanan şəxs vəfat etdi - YENİLƏNİB + VİDEO
Zaqatalada 21 yaşlı gəncin bıçaqladığı babası xəstəxanada ölüb.
APA-nın məlumatına görə, çoxsaylı bıçaq yarası ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) reanimasiya şöbəsinə müalicə alan 77 yaşlı Yaşar İbrahimov həkimlərin səyinə baxmayaraq axşam 21 radələrində aldığı xəsarətlərdən dünyasını dəyişib.
Y.İbrahimovun ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
18:36
Noyabrın 28-i saat 15:30 radələrində Zaqatala şəhər sakini, 2002-ci il təvəllüdlü Ruslan İbrahimov onunla eyni ünvanda yaşayan babası, 77 yaşlı Yaşar İbrahimova məişət zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, R.İbrahimovun şizofreniya xəstəliyindən əziyyət çəkir.
Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.