Zaqatalada bu gün növbəti zəlzələ olub.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, səhər saat 07:29 radələrində Zaqatala rayonu ərazisində zəlzələ baş verib.
Yerli sakinlərin sözlərinə görə, yeraltı təkanlar hiss olunub.
Zəlzələ Qax rayonunda da hiss olunub.
Dağıntı barədə məlumat yoxdur.
Xatırladaq ki, avqustun 10-da Zaqatala rayonunda 4.9, 6 və 3.7 bal gücündə üç zəlzələ baş vermişdi.