“Aygün Bəylər Azərbaycan musiqi mədəniyyətinin tut ağacı idi”.
Oxu.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) vida mərasimində iştirak edən aparıcı Zaur Baxşəliyev deyib.
O, mərhum Əməkdar artistlə bağlı xatirələrini bölüşüb:
“Elə bir tut ağacı idi ki, bundan sonra çox insan ona söykənəcək, onun kölgəsinə sığınacaq. Mənim üçün o, dünyasını dəyişməyib. Yaşayıb və yaşayacaq. Çünki sənətkarı ölməz edən onun sənətidir. Allah rəhmət eləsin”.
Z.Baxşəliyev qeyd edib ki, onunla sonuncu dəfə Milli Onkologiya Mərkəzində danışıb: “Mətbuatda xəbərlər yayılmışdı ki, sənətçinin vəziyyəti ağırdır. O zaman əlaqə saxladıq. Dedi ki, xalqımızın məni bu vəziyyətdə görməsini istəmirəm. Sənə söz verirəm ki, növbəti həftə verilişinə gələcəyəm”.
Nəzrin Vahid
Rəylər