Bu gün dünyanın aparıcı avtoistehsalçılarının iştirak etdiyi Bakı Beynəlxalq “Motor Şou” “BİMS 2014”-ün açılışı olub.
Oxu.Az xəbər verir ki, yüngül maşınqayırma sahəsinin dünya şöhrətli istehsalçılarından başqa ( “Toyota”, “Lexus”, “Volvo” və s.) sərgidə, həmçinind media nümayəndələri, tədbirin informasiya dəstəyini təmin edən radio 107.7 “AvtoFM”, eləcə də “ОК”, “Boutique Travel” və s. bu kimi nəşrlər iştirak edib.
Müxbirimiz 107.7 “AvtoFM” radiostansiyasının koordinatoru Zaur Darabzadə ilə söhbət etməyə müvəffəq olub.
- Bildiyim qədərilə 107.7 radiostansiyası bu qəbildən olan tədbirdə ilk dəfə iştirak edir...
- Bəli, bizim radiostansiya cəmi bir neçə aydır ki, yayımlanır, amma artıq ən populyar radiostansiyalardan birinə çevrilib. Bildiyiniz kimi, 107.7 “AvtoFM” radiosu nəqliyyat mövzusu ilə əlaqəli xüsusi radiostansiyadır, o Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin nəzdində fəaliyyət göstərir və əhalini operativ şəkildə yollardakı vəziyyət barədə xəbərdar edir.
Ona görə də Bakı Beynəlxalq “Motor Şou” “BİMS 2014”-ə birbaşa aidiyyatımız var, həm də bu tədbirin informasiya dəstəyiyik.
- Sərgi cəmi bir neçə saatdır ki, açılıb. Təəssüratlarınızı bilmək istərdik.
- Xoş təəssürat bağışlayır. Sərgiyə gələnlər əsasən avtomobil həvəskarları, yəni bizim auditoriyadır. İnsanlar yaxınlaşır, salamlaşır, suallar verirlər. Çox xoşdur ki, bizim radiostansiya qısa bir müddət ərzində belə böyük populyarlıq qazanıb və stendimiz belə uğurludur. Bundan başqa, 107.7 “AvtoFM”-in məşhur aparıcıları sərgidə iştirak edirlər.
- Bəs bu sərgidən gözlədikləriniz nədir? Yəqin ki, maraqlı və məhsuldar görüşlərə ümid edirsiz?
- Sözsüz. Biz yeni əlaqələr qurmağı planlaşdırırıq, bir sıra maraqlı layihələr var. Amma bu hələ sirrdir (gülür). Yalnız bir şey deyə bilərəm, auditoriyamızı gələcəkdə bir sıra yeniliklər və sürprizlər gözləyir. Bizimlə qalın...
Aliyə İsmayılzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az