Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Zəngilan Rayon Mərkəzi Xəstəxanasına YENİ TƏYİNAT
Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə xəstəxananın direktoru vəzifəsi Ceyran Abbasovaya həvalə olunub.
Qeyd edək ki, Ceyran Abbasova 1985-ci ildə Zəngilan rayonunun Üdgün kəndində anadan olub. 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində, 2009-2010-cu illərdə Zəngilan Rayon Mərkəzi Xəstəxanasında internatura təhsili alıb.
C.Abbasova 2017-2022-ci illər ərzində Bakı şəhərində yerləşən 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında həkim-terapevt, 2022-2024-cü illərdə isə Ağalı Ailə Sağlamlıq Mərkəzində bölmə müdiri vəzifəsində çalışıb.
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Ağcabədi rayonunda qumbaranın partlaması zamanı xəsarət alanların SON VƏZİYYƏTİ
- Araz Nəsirov: "Həkimlərin maaşını artırmaq kifayət etmir"
- Ağcabədidə qumbara partlaması nəticəsində həlak olanlar dəfn ediliblər
- Meymunçiçəyinə yoluxan Azərbaycan vətəndaşı evə buraxıldı
- Seçki məntəqəsində qadının halı pisləşdi
Rəylər