Zərdabda evdə baş verən yanğında möcüzə yaşanıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, yanğın hadisəsi yanvar ayının 11-də rayon sakini Valik Əli oğlu Hüseynova məxsus evdə qeydə alınıb.
Ev sahibinin verdiyi məlumata görə, hadisə saat 04:56 radələrində baş verib və ümumi sahəsi 144 kv.m olan 2 mərtəbəli, 5 otaqlı ev yanıb. Ehtimala görə, yanğına səbəb elektirik xəttində yaranan qısaqapanma olub.
Nəticədə 7 nəfərdən ibarət iki ailə evsiz qalıb. Evdə 20 min manatlıq qızıl-zinət əşyası və 50-60 minlik ev əşyaları olub. Bundan əlavə yanvarın 29-da toyu olacaq qızları üçün ayırdığı 4 min manat nəğd pul külə dönüb.
Ev sahibinin sözlərinə görə, ev tamamilə yararsız hala düşsə də, müqəddəs “Qurani-Kərim” kitabına demək olar ki, heç nə olmayıb.