Zərdab rayonunun Şahhüseynli kəndinin sakinləri yol problemindən şikayətçidirlər.
Sakinlərin sözlərinə görə, illərdir asfaltsız yoldan istifadə etmək məcburiyyətində qalırlar.
Vətəndaşlar deyirlər ki, vəziyyət o qədər acınacaqlıdır ki, artıq kəndə "Çəkməli" adı verilib.
"Çünki palçıq səbəbindən ayaqqabı geyinmək mümkün deyil. Nəvələrimi məktəbə çiynimdə aparıb-gətirirəm. Hamilə qadın evdə doğur. Uzunqulaq arabası ilə gəzirik. Neçənci əsrdə yaşayırıq?!" - deyə sakin Elman İslamov narazılığını bildirib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Zərdabda yol PROBLEMİ: "Palçığa görə ayaqqabı geyinmək mümkün deyil"