KİV-ə dəstək Dövlət Fondu “Zerkalo” qəzetinin maliyyələşdirilməsini dayandırdı.
Oxu.Az haqqın.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə qəzetin baş redaktoru Elçin Şıxlı bildirib.
Onun sözlərinə görə, keçən həftə qəzet fonda həftəlik nəşrə keçdiyini və bununla əlaqədar bağlanmış müqavilənin şərtlərini yerinə yetirə bilməyəcəyi haqqında xəbərdarlıqla müraciət edib.
“Bu gün mənim elektron ünvanıma fonddan maliyyə dəstəyinin dayandırıldığı göstərilən cavab gəldi”, - o deyib.
Qeyd edək ki, jurnalist Rauf Mirqədirovun həbsindən sonra, qəzetin baş redaktoru Elçin Şıxlı qəzetin maliyyə problemlərindən danışaraq qəzetin həftəlik çap formatına keçdiyi barədə bəyanat vermişdi.