“Neft Daşları” yatağındakı 2585 nömrəli platformadan 2600 nömrəli quyuda qazma işlərinə başlanılıb.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, layihə dərinliyi 2410 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılır.
Geoloqların hesablamalarına görə, quyudan sutkada 30 ton neft hasil ediləcək.
Quyuda istismar işləri “Neft Daşları” NQÇİ tərəfindən həyata keçiriləcək.
Gülnarə Zeynalova
www.oxu.az