Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Zibil poliqonuna çevrilən Məmmədli Dəmiryol Vağzalının yaxınlığı təmizləndi - YENİLƏNİB + FOTO/VİDEO
“Məhəmmədi kəndi ərazisində tullantıların qalaqlandığı ərazi artıq təmizlənib”.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Emin Əliəkbərov deyib.
O, qeyd edib ki, tullantıların qalaqlandığı ərazi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Abşeron rayon Məhəmmədi bələdiyyəsinin işçiləri tərəfindən təmizlənib.
“Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə bələdiyyəyə müvafiq tapşırıqlar verilib”, - deyə E. Əliəkbərov bildirib.
Görüntüləri təqdim edirik:
10:51
Məmmədli Dəmiryol Vağzalının bir neçə addımlığındakı kanal tullantı meydanına çevrilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.
Qeyd olunub ki, dəfələrlə müraciət olunmasına baxmayaraq, ərazi zibillərdən təmizlənmir və kanalın ətrafına yığılan tullantılar ətrafa üfunət iyinin yayılmasına səbəb olur. Həmin kanalla kanalizasiya suyunun axdığı bildirilir.
Foto və videonu təqdim edirik:
Əzizə İsmayılova