Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTO
11 il öncə final görüşünü tribunadan azarkeş qismində izləyən baş məşqçi, indi finaldakı rəqibini gözləyir.
Məlumata görə, “sarı-qaralar”ın baş məşqçisi Edin Terziç 11 il bundan öncə “Uembli” stadionunda keçirilən “Bavariya” “Borussiya Dortmund” final görüşünü azarkeş qismində izləyib.
Çempionlar Liqasının həmin final görüşü “Bavariya” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatmışdı. Edin Terziçin komandası 11 il sonra yenə liqanın finalında “Bavariya” klubunun rəqibi ola bilər. PSJ-ni yolundan kənarlaşdıran Edin Terziçin komandasının finaldakı rəqibi bu gecə keçiriləcək “Real Madrid” - “Bavariya” görüşündən sonra bəlli olacaq. Maraqlıdır ki, builki final görüşü də “Uembli”də baş tutacaq.
Qeyd edək ki, “Borussiya Dortmund” sonuncu dəfə 2012/13 mövsümündə final mərhələsinə vəsiqə qazanıb.
Mənbə: GiveMeSport
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Qurban Qurbanov Çempionlar Liqasındakı rəqibləri barədə: "Burada zəif komanda olmur"
- UEFA Çempionlar Liqası: "Qarabağ"ın ikinci təsnifat mərhələsindəki rəqibləri bəlli oldu
- Merih Demiral "Fənərbağça"nın təklifini qəbul etmədi
- "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi nə vaxt bəlli olacaq?
- "Hall Siti" klubu Mahir Emrelini azad agent kimi transfer etmək istəyir