Sosial şəbəkələrdə Azərbaycanda tikiləcək Zooloji Parkın görüntülərini əks etdirən fotolar yayılıb.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, fotolardan da göründüyü kimi yeni yaradılacaq zooparkda müxtəlif bölmələr olacaq, heyvanlar qəfəsdə yaşamayacaq və onları bir-birindən təbii maneələr ayıracaq.
Qeyd edək ki, prezident İlham Əliyev Abşeron rayonunun ərazisində yeni Zooloji Parkın tikintisi ilə bağlı sərəncam imzalayıb.
İlk öncə Zooloji Parkın Qobu qəsəbəsində yaradılması nəzərdə tutulsa da, sonradan müxtəlif səbəblərdən parkın Ceyranbatan su anbarının yaxınlığında yaradılması qərara alınıb.
Onu da bildirək ki, Zooloji Parkın 2016-cı ildə istifadəyə verilməsi gözlənilir.
www.oxu.az