Okt
2021
12:32
92
26
1004
Virtual karabakh

“CinemaPlus” Сeyms Bond filminin nümayişinə başladı - VİDEO

“CinemaPlus” kinoteatrlar şəbəkəsi “agent 007” Ceyms Bond haqqında çox gözlənilən Böyük Britaniya və ABŞ istehsalı olan macəra trilleri “Ölmək vaxtı deyil” filminin nümayişinə başladı.

Super agent Ceyms Bonddan bəhs edən kult filmlər seriyasından yeni film, 007 rolunda Daniel Kreyqin oynadığı son filmdir. Bu dəfə super agent qətiyyətlə təqaüdə çıxır - ancaq köhnə yaralar, ailə və peşə sirləri, eləcə də mafiya klanlarının oyunları dünyanın ən məşhur casusunun işini tərk etməsinə imkan vermir və Bond yenidən oyuna girir.

Bu sirləri daha çox öyrənmək üçün filmə ən azından baxmağa dəyər.

Rejissor Keri Fukunaqa. Baş rollarda Ana de Armas, Deniel Kreyq və Lea Seydu. Müddəti 180 dəqiqə. Yaş həddi “12+”

Filmin büdcəsi 250 milyon dollar təşkil edir.

Qeyd etmək istərdik ki, 1999 -cu ildə Ceyms Bond - “agent 007” haqqında çəkilən on doqquzuncu “Bondiana” filminin bəzi epizodları Bakı şəhərində çəkilmişdir. Həmin film “Dünya Kifayət Deyil” adlanır. Filmdə məşhur İrlandiyalı aktyor Pirs Brosnan rol alıb.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından www.cinemaplus.az və ya IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün mobil tətbiqdən əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər CinemaPlus xəbərləri