11 
Noy
2021
16:12
79
27
1587
Virtual karabakh

Hollivudun tanınmış cizgi filmi “Adams Ailəsi 2” “CinemaPlus”da - VİDEO

11 Noy, 2021
16:12
1587

Hollivudun tanınmış cizgi filmi “Adams Ailəsi 2” “CinemaPlus”da - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsi noyabrın 11-dən nümayiş olunan filmlərin siyahısını yayımlayıb.

“CinemaPlus”dan verilən məlumata görə, Hollivudun tanınmış cizgi filmi “Adams Ailəsi 2”nin birinci hissəsindən sonra şöhrət qazanmış çoxdan gözlənilən ikinci hissəsini “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayişi başlayır.

Cizgi filminin rejissorları Qreq Tirnan və Konrad Vernondur. Baş rolları Oskar Ayzek, Şarliz Teron və Xloya Qreys Morets səsləndiriblər. Cizgi filiminin müddəti 110 dəqiqədir. “Adams Ailəsi 2” 12 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Cizgi film haqqında qısa məlumat: Bir evdə əsl şeytan balaları - yəni iki yeniyetmə məskunlaşsa nə etməli? Ən dəhşətli tətili planlaşdırın! Martişa, Qomes, Uensdey, Paqsli və Fester əmi, yeni macəralara başlamaq üçün ailənin səyahət maşınına yüklənirlər. Bu səfərdə Adams ailəsi axır ki, birləşəcək! Əlbəttə ki, sağ qala bilsələr...

Əlavə olaraq “CinemaPlus” kinoteatrlar şəbəkəsində Böyük Britaniya istehsalı olan “Sohoda son gecə” qorxulu trillerin nümayişi başlanır.

Trillerin rejissor Edqar Raytdır. Baş rolları Anya Teylor-Coy, Mett Smit və Dayana Riqq ifa ediblər. Filmin müddəti 130 dəqiqədir və 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat:

Modelyer olmaq üçün Londonda təhsil alan və möcüzəvi şəkildə 1960-cı illərə səyahət edib pərəstişkarı olan müğənni ilə tanış olan bir qızıb hekayəsi... O dövrün Londonu ilk baxışdan göründüyü qədər cəlbedici deyil və zaman bununla qəddar bir zarafat oynaya bilər...

“CinemaPlus” kinoteatrlar şəbəkəsində həmdə Almaniya və ABŞ istehsalı olan “Fransa müjdəçisi” komediyasının nümayişi başlanır.

Komediyanın rejissoru Ues Andersondur. Baş rolları isə Timoti Şalame, Sirşa Ronan və Elizabet Moss ifa edib. Filmin müddəti 120 dəqiqədir və 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat: Film Fransada çəkilir. Süjetin mərkəzində - Parisdə yerləşən Amerika qəzetinin şöbəsidir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Azərbaycan, Meksika və ABŞ istehsalı olan “Səpələnmiş ölümlər arasında” dramanın nümayişi başlanır.

Filmin rejissoru Hilal Baydarovdur. Baş rolları Orxan İskəndərli, Rəna Əsgərova və Hüseyn Nəsirov ifa edib. Filmin müddəti 100 dəqiqədir və 16 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat: Film Davud adlı gəncin məhəbbət hekayəsindən bəhs edir. Yanlış anlaşılan, narahat həyatına məna və sevgi gətirəcəyinə inanaraq əsl ailəsini axtaran Davud günlərin birində ard-arda gözlənilməz qəzalar yaşayır. Bu qəzalar hər dəfə ölümlə nəticələndiyi zaman gözəgörünməz xatirələr və narahatlıqlar üzə çıxır.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından, mobil tətbiqindən, IOSAndroid əməliyyat sistemi olan smartfonlara tətbiqi yükləyərək əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri