10 
May
2022
13:15
56
32
1993
Virtual karabakh

“CinemaPlus”da “Doktor Strenc” filmi getdikcə populyarlaşır - VİDEO

10 May, 2022
13:15
1993

“CinemaPlus”da “Doktor Strenc” filmi getdikcə populyarlaşır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Marvel Kainatının 28-ci filmi olan “Doktor Strenc: Dəliliklərin Multikainatında” fantastik superqəhrəman döyüş filmi getdikcə populyarlaşır.

Kinoteatrlar şəbəkəsindən verilən məlumata görə, biletlər “kosmik” sürətlə satılır.

Bu personaj haqqında ilk solo layihə 2016-cı ildə işıq üzü görüb. Bu film dünya üzrə 165 milyon dollarlıq büdcə ilə 677 milyon dollar gəlir əldə edib. 2019-cu ildə filmin hazırlanması haqqında rəsmi olaraq elan edilib.

Filmin rejissoru orijinal “Hörümçək adam” trilogiyasının yaradıcısı Sem Reymidir. Əvvəlcə qorxu filmi kimi təqdim edilən film janrını elmi fantastika elementləri ilə hərəkət-macəraya çevirib.

Baş rolları Benedikt Kamberbetç, Elizabet Olsen, Peyçel MakAdams ifa ediblər. Filmin müddəti 140 dəqiqədir və 12 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat:

Doktor Strencin sehrli macəralarının yeni mistik aləmlərdə və yeni düşmənlərlə qarşıdurmada davamı. Yeni filmdə Strenc, “Hörümçək adam: Geriyə yol yoxdur” filmindəki hadisələrdən sonra kainatın azad edilməsinin nəticələrini düzəltməli olacaq.

Qeyd edək ki, “Doktor Strenc: Dəliliklərin Multikainatında” filmini “Dəniz Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.

4DX innovativ kinoteatr texnologiyası kəskin süjetli blokbasterləri və qorxu filmlərini hərəkət, fırlanma və kreslo titrəyişlər, su damcıları və külək, ildırım və qar, sabun köpükləri və ətir kimi əlavə xüsusi effektlər ilə vizual effektlərini genişləndirir. Bunun nəticəsində 4DX - tamaşaçıları böyük ekranda baş verən hadisələrə sövq etməklə kino sənayesində ən valehedici formatlardan biri hesab olunur.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından, mobil tətbiqindən, IOSAndroid əməliyyat sistemi olan smartfonlar vasitəsi ilə əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri