12 
May
2022
12:12
20
53
2187
Virtual karabakh

“CinemaPlus”da mayın 12-dən nümayiş olunan filmlərin SİYAHISI - VİDEO

12 May, 2022
12:12
2187

“CinemaPlus”da mayın 12-dən nümayiş olunan filmlərin SİYAHISI - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 12-dən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunan “Kabus” Heyəti və digər filmlərin siyahısı açıqlanıb.

Kinoteatrlar şəbəkəsindən verilən məlumata görə, filmin rejissor Ues Millerdir.

Filmdə baş rolları Kevin Dillon, Brüs Uillis və Canni Kapaldi ifa ediblər. Filmin müddəti 120 dəqiqədir və 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat:

Planetin ən qızğın nöqtələrini ziyarət edən və münaqişələri güc yolu ilə həll etməyə öyrəşmiş xüsusi döyüş dəstəsi uzun illər xidmətdən sonra ləğv edilib. Amma bu elit bölüyün komandiri işdən ayrıla bilmir - keçmişi onu qarabaqara izləyir. Təcrübəli döyüşçü köhnə silahdaşlarını toplamalı və niyə öz sahələrində ən yaxşı sayıldıqlarını göstərməli olacaq.

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Türkiyə istehsalı olan “Allah Yazdıysa Bozsun” romantik komediyasının nümayişi başlayır.

Filmin rejissoru Barış Yöşdür. Baş rolları isə Gonca Vuslateri, Burak Yamantürk və Öznur Serçeler ifa ediblər. Filmin müddəti 115 dəqiqədir və 16 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat:

Süjet xətti Burak və İrmakın sevgi hekayəsi ətrafında inkişaf edir. Onların yolları ən gözlənilməz anda, adi həyatlarının alt-üst olduğu anda kəsişir. Amma sevgi hər yaranı sağalda bilər...

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Qazaxıstan və Rusiya istehsalı olan “Ağustos Böceği ve Karınca” animasiya filminin Türk dilində nümayişi başlayır.

Filmin rejissoru Arman Beisembayevdir. Baş rolları Zenta Berger, Fridrix Fon və Katya Ştrasser ifa ediblər. Filmin müddəti 85 dəqiqədir və 6 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Cizgi film haqqında qısa məlumat:

Kiçik çəyirtkə-fırıldaqçı Skok köhnə bir evin qazonunda xəzinə xəritəsinin yarısını kəşf edir. Artefaktın digər yarısının çəyirtkə dəstəsinin başçısı Bossoya məxsus olduğunu öyrənən Skok onu qüvvələri birləşdirməyə və xəzinəni bölüşməyə dəvət edir, lakin bunun əvəzinə xəritənin ona məxsus olan hissəsini itirir.

Qəhrəman təslim olmur və çox danışan tırtıl və mantislə birlikdə xəzinə tapmaq ümidi ilə təhlükəli macəraya yollanır.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından mobil tətbiqindən, IOSAndroid əməliyyat sistemi olan smartfonlar vasitəsi ilə əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri