22 
İyn
2022
16:54
9
50
1805
Virtual karabakh

Bu həftənin yenilikləri yalnız “CinemaPlus“da - VİDEO

22 İyn, 2022
16:54
1805

Bu həftənin yenilikləri yalnız “CinemaPlus“da - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 23-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində iki eksklüziv film - “Əsas rol” və “Cinayət şəhəri – 2” nümayiş olunacaq.

Antonio Banderas və Penelopa Kruz “Əsas rol” komediyasında

“CinemaPlus” kinoteatrlar şəbəkəsində iyunun 23-dən Argentina və İspaniya istehsalı olan “Əsas rol” komediya filminin nümayişi başlayır. Film 78-ci Venesiya Film Festivalının müsabiqə proqramı çərçivəsində təqdim olunub.

Filmin rejissorları: Mariano Kon və Qaston Düpra.

Baş rollarda: Antonio Banderas, Penelopa Kruz və Qaston Düpra.

Şöhrətpərəst milyarder mükəmməl film yaratmaq və adını tarixə yazdırmaq üçün yola çıxır. Ssenari Nobel mükafatı laureatının kitabıdır, rejissor dəbli və ekssentrikdir, əsas rollarda seks simvol, milyonların kumiri və dram aktyorudur. Bu, şedevr olacaq, yoxsa problem?

“Cinayət şəhəri – 2” döyüş filmi

“Cinayət şəhəri – 2” sensasiyalı “Parazit” (2019) filminin nümayişindən bəri ən qısa müddətdə Koreya kassasında üç milyon tamaşaçı həddini aşmağı bacaran filmdir.

2022-ci ildə “Cinayət şəhəri” filminin 3-cü hissənin çəkilməsi planlaşdırılır.

Filmin rejissoru: Li San-yön

Baş rollarda: Ma Don-sok, Son Sok-ku və Çxve Qvi-hva.

Xarizmatik əməliyyatçı Ma Sok-to xüsusi missiya ilə Taylanda göndərilir. Orada polislər turistlərə hücum edən qaçaq cinayətkarı tapmalı və tutmalıdırlar. Amma oraya çatanda yeni səbəblər üzə çıxır...

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından, mobil tətbiqindən, IOSAndroid əməliyyat sistemi olan smartfonlar vasitəsilə əldə edə bilərsiniz.  

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri