24 
Avq
2022
18:49
57
19
2161
Virtual karabakh

Avqustun 25-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlər

24 Avq, 2022
18:49
2161

Avqustun 25-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sonra. Sonsuza qədər xoşbətlik” melodram filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində avqustun 25-dən etibarən ABŞ istehsalı olan “Sonra. Sonsuza qədər xoşbətlik” melodram filminin nümayişi başlayır.

Filmin rejissoru: Kastil Lendon.
Baş rollarda: Hiro Fayns-Tiffin, Cosefina Lenqford və Luiza Lombard.
Müddəti 110 dəqiqə. Yaş həddi 16+

Film haqqında qısa məlumat: Tessa və Hardinin sevgisi danılmazdır və hər yeni sınaqla onların bağı daha da möhkəmlənir, ehtirasları isə daha da güclənirdi. Sadəcə, Hardin iblislərini sakitləşdirə bilmir, Tessa isə artıq dünyasını alt-üst etdiyi həmən sadəlövh qız deyil. Tess hiss edir ki, Hardini xilas etmək cəhdləri ilə özünü itirə bilər. Onların hekayəsi xoşbəxt sona çatır, yoxsa “sonsuza qədər xoşbəxtlik” Tess və Hardi üçün deyil?

“Radio qüllə” triller filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ və Böyük Britaniya istehsalı olan “Radio qüllə” triller filminin nümayişi başlayır.

Filmin rejissoru: Skot Mann.
Baş rollarda: Qreys Fulton, Virciniya Qardner və Ceffri Din Morqan.
Müddəti 125 dəqiqə. Yaş həddi 16+

Film haqqında qısa məlumat: Ekstrim həvəskarı olan Bekki, həyat yoldaşının ölümündən sonra adrenalin təqibini dayandırmaq qərarına gəlir. Onu son yüksəliş gözləyir - rəfiqəsi ilə birlikdə mərhum ərinin külünü səpmək üçün hündürlüyü 600 metrdən çox olan radio dirəyinin zirvəsinə qalxır.İndi qızlar xilas olmaq üçün təbiət qüvvəsi ilə mübarizə etməli olurlar.

“Bir Türk Masalı” ailəvi fantastik film 

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Türk istehsalı olan “Bir Türk Masalı” ailəvi fantastik filminin nümayişi başlayır.

Filmin rejissoru: Toprak Sergen.
Baş rollarda: Toprak Sergen, Burak Sergen və Cemal Hünal.
Müddəti 90 dəqiqə. Yaş həddi 1+

Filmdə taleləri qaranlıq və işıqlı qüvvələr tərəfindən dəyişdirilən Xoşbəxtliklər diyarının sakinlərinin yaşadıqlarından bəhs edilir. Film - məhəbbət, komediya, sürreal həmçinin beynəlxalq klassik “epik dastan” elementlərini özündə birləşdirir.

 “Barboskinlar Team” animasiya filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Rusiya istehsalı olan “Barboskinlar Team” animasiya filminin nümayişi başlayır.

Filmin rejissorları: Yelena Qaldobina və Fedor Dmitriev.
Baş rollarda: Kseniya Brzhezovskaya, Yekaterina Qoroxovskaya və Yuliya Zorkina.
Müddəti 100 dəqiqə. Yaş həddi 1+

Film haqqında qısa məlumat: Barboskinlar İnternet ulduzları olmaq arzusundadırlar. Onlar rəqs etməyi, çoxlu layk və paylaşım yığan videolar çəkməyi bacarırlar, lakin Ket Pişik kimi əsl internet ulduzlarına çata bilmirlər. Təsadüfən Ket onlara qonşu olur, və aralarında dostluqdan əlavə də rəqabət başlanır. Ustad Ket rəqiblərinə sevinmir və mehriban ailəyə dava dalaş salmağa çalışır.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az

mobil tətbiqindən, IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün:

IOS link  

Android link
əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri