12 
Sen
2022
12:48
8
62
2721
Virtual karabakh

“CinemaPlus”da sehrli Şərq – FOTO/VİDEO

12 Sen, 2022
12:48
2721

“CinemaPlus”da sehrli Şərq – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında “Üç min illik arzular” romantik filmin premyeradan öncə nümayişi keçirilib.

Kinoteatrda sehrli ab-hava var idi. Belə bir təəssürat yaranırdı ki, “S Design” dekorasiya şirkətinin təşkil etdiyi Şərq nağılına qədəm qoyursan.

Dekorasiya ilə yanaşı qonaqlara ikihissəli şou da təqdim olunub. Sehrbaz Anar Əliyevin sehrli dərsləri və cazibədar “Renka Black Angel”in rəqsi tamaşaçıları heyran edirdi. Həmçinin tədbirdə Nəzrin Nəsirova qonaqlar üçün xına rəsmləri çəkirdi.

Filmin rejissoru Corc Millerdir. Baş rollarda İdris Elba və Tilda Suinton çəkiliblər. Filmin dünya premyerası 20 may 2022-ci ildə Kann Film Festivalında olub.

Film haqqında qısa məlumat: İstanbula səyahət edən tənha qadın alim azadlığı müqabilində ona üç arzu haqqı təklif edən сini kəşf edir. İstədiyi sevgidir, amma onu ona verə bilərmi və etməlidirmi? Bununla belə, o, cinlərlə bağlı hekayələrin adətən necə bitdiyini bilir və buna görə də üç arzusunu yerinə yetirməyə tələsmir. Bu inanılmaz tanışlıq onların hər ikisinə dünyanı tamamilə yeni bir şəkildə görməyə imkan verəcək və hər ikisinə arzu edə bildiklərindən çox şey verəcək.

Tədbirin təşkilində “S Design” dekor şirkəti, “MADO” restoranı, foto və video ilə bağlı “Light in Black” kreativ şirkəti və “Bubbles” dəstək göstəriblər.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri