10 
Noy
2022
17:32
55
18
3352
Virtual karabakh

“CinemaPlus”da “Qara Pantera: Vakanda Əbədi” filminin nümayişi başlayıb - VİDEO

10 Noy, 2022
17:32
3352

“CinemaPlus”da “Qara Pantera: Vakanda Əbədi” filminin nümayişi başlayıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsi bu gündən etibarən “Marvel” Studiyasının istehsalı olan ABŞ istehsalı superqəhrəman filmi – “Qara Pantera: Vakanda Əbədi” filminin nümayişinə başlayır.

Rayan Kuqlerin rejissoru və ssenari müəllifi olduğu filmin baş rollarında Letişia Rayt, Martin Friman və Tenoç Uerta çəkilib.

“Qara Pantera: Vakanda Əbədi” gizli şəkildə inkişaf etmiş və təcrid olunmuş Afrika xalqı - Vakandanın həyatından bəhs edən ikinci “Marvel” komiks filmidir.

Filmin məzmununa gəlincə, Kral Tçallanın ölümündən sonra Kraliça Ramonda, Şuri, M'Baku, Okoye və Dora Milaj Vakandanı dünya güclərindən qorumaq üçün mübarizə aparırlar. Filmdə ilk dəfə Dominik Tornun canlandırdığı Riri Uilliams obrazı ortaya çıxacaq.

Film üç dildə: rus, ingilis və türk dillərində nümayiş etdirilir. Həmçinin “Qara Pantera: Vakanda Əbədi” filminə Azərbaycanda ən son 4DX texnologiyası ilə Dəniz Mall-da yerləşən “CinemaPlus”da baxmaq olar.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri