14 
Dek
2022
13:18
97
47
4060
Virtual karabakh

13 ildən sonra “Avatar” yenidən “CinemaPlus” da - VİDEO

14 Dek, 2022
13:18
4060

13 ildən sonra “Avatar” yenidən “CinemaPlus” da - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsində dekabrın 15-dən etibarən son illərin ən çox gözlənilən filmlərindən biri olan “Avatar 2: Su Yolu” filminin nümayişi başlayır. Yeni “Avatar”da hadisələr - eynilə 2009-cu ildə çəkilmiş filmdəki kimi - yerli Na`vi xalqının varlığının təhlükə altında olduğu Pandora planetində cərəyan edir.

Rejissor Ceyms Kemeron “Avatar” seriyalarının davamı olaraq daha üç sikvel çəkməyi planlaşdırır.

Filmin ikinci seriyasında birinci filmdə baş rolları canlandıran aktyorlar Sem Uortinqton və Zoi Saldana yenidən çəkiliblər. Canlandırdığı qəhrəmanı ilk filmdə ölən Siqurni Uiver də ekrana qayıdır.

Aktyor heyətində Cek Çempion, Ceyms Fletters, Triniti Co-Li Bliss və “Oskar” mükafatçısı Keyt Uinslet də yer alıblar.

“Avatar: Su Yolu” filminin büdcəsi 350 milyon dollardan çox olub.

Film haqqında qısaca: Avatar formasını aldıqdan sonra əsgər Ceyk Salli Na`vi xalqının lideri olur və yeni dostlarını Yer planetindən olan fürsətcil iş adamlarından qorumaq missiyasını öz üzərinə götürür. İndi onun uğrunda mübarizə aparacağı biri var - gözəl sevgilisi Neytiri də Ceyklə birlikdədir. Təpədən-dırnağadək silahlanmış Yer sakinləri Pandoraya qayıtdıqda Ceyk cavab verməyə hazırdır.

Filmin birinci hissəsi 2009-cu ildə ənənəvi 3D formatında nümayiş etdirilib. O illərdə müasir 4DX texnologiyası yox idi. Bütün Cənubi Qafqaz ölkələri arasında bu texnologiyanın yeganə təmsilçisi olan “CinemaPlus” kinoteatrı eksklüziv olaraq filmi bu formatda nümayiş edəcək.

4DX texnologiyası tamaşaçıları böyük ekranda baş verən hadisələrə cəlb etməklə kino sənayesində ən valehedici formatlardan biri hesab olunur.

4DX istifadəyə verildikdən sonra tamaşaçılar kinoteatra böyük həvəslə gəlir və istirahətdən parlaq xatirələr qazanırlar. Çünki hər kəs özünü kinonun bir hissəsi kimi hiss etmək istəyir.

Qeyd etmək istəyirik ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsində film üç dildə: rus, ingilis və türk dillərində nümayiş olunacaq.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri