Yan
2023
17:20
32
169
4768
Virtual karabakh

Rusiyadan qonaqlar xüsusi olaraq “Avatar 2” filminə görə “CinemaPlus”a gəlirlər - VİDEO

6 Yan, 2023
17:20
4768

Rusiyadan qonaqlar xüsusi olaraq “Avatar 2” filminə görə “CinemaPlus”a gəlirlər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsində dekabrın 15-dən etibarən son illərin ən çox gözlənilən filmlərindən biri olan - satış rekordları qırmağa davam edən “Avatar 2: Suyun Yolu” filminin nümayişi başlayıb.

Qeyd etmək istərdik ki, Rusiyada tətbiq edilən sanksiyalara görə bütün xarici filmlərin nümayişi dayandırılıb. Bu səbəbdən “CinemaPlus” kinoteatrlar şəbəkəsini seçən rusiyalı kinosevərlər zalları bağlayır və “Avatar 2” filminin xüsusi nümayişlərini keçirirlər.

“Avatar” filminin davamı bütün dünyada möhtəşəm nəticələr göstərir. Bu günə qədər film 1,5 milyard dollar toplayıb.

Həmçinin, “Avatar 2” filmini Cənubi Qafqaz ölkələri arasında yeganə təmsilçi olan “Dəniz Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.

4DX texnologiyası tamaşaçıları böyük ekranda baş verən hadisələrə cəlb etməklə, kino sənayesində ən valehedici formatlardan biri hesab olunur.

Filmin rejissoru: Ceyms Kemeron.

Rollarda: Sem Uortinqton, Zoi Saldana, Siqurni Uiver, Cek Çempion, Ceyms Fletters, Triniti Co-Li Bliss və “Oskar” mükafatçısı Keyt Uinslet.

Film haqqında qısaca: Avatar formasını aldıqdan sonra, əsgər Ceyk Salli, Navi xalqının lideri olur və yeni dostlarını iş adamlarından qorumaq missiyasını öz üzərinə götürür. İndi onun uğrunda mübarizə aparacağı biri var - gözəl sevgilisi Neytiri də mübarizəyə qoşulub. Ağır silahlanmış dünyalılar Pandoraya qayıtdıqda, Ceyk cavab verməyə hazırdır.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etməyə və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri