Fev
2023
12:23
37
79
4254
Virtual karabakh

“Zona” filminin xüsusi nümayişi keçirilib - FOTO

1 Fev, 2023
12:23
4254

“Zona” filminin xüsusi nümayişi keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nizami Kino Mərkəzində “Cinemazadeh” studiyasının bənzərsiz, hətta qəribə bir ideyalı “Zona” filminin xüsusi nümayişi keçirilib.

Tədbirdə aktyorlar, filmin yaradıcı heyəti, qonaqlar və jurnalistlər iştirak ediblər.

Komediya janrında olan “Zona” filmindəki hadisələr, situasiyalar uydurmadır.

“Zona” filminin baş prodüseri və ideya müəllifi Cəfər Axundzadə, prodüseri Nərgiz Hüseynova, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, rejissoru Vüsal Hacıqədir, quruluşçu operatoru Orxan Məmmədov, quruluşçu rəssamı Zaur Abdullayev, bəstəkarı Ruhin Məmmədzadə, geyim üzrə rəssamı Mehriban Əfəndi, qrim üzrə rəssamı Aytən Hüseynzadə, post-prodakşn və montaj rejissoru Vüqar İslamzadə, musiqi redaktoru Aynur Axundzadə, icraçı prodüserləri İsmayıl Bağırov və Emin Davudzadədir.

Filmin aktyor heyəti Məcid Hüseynov, Tural Əsədov, Aqil M.Quliyev, Taleh Yüzbəyov, Faiq Mirzəyev, Elsevər Camal, Əlixan Rəcəbov, İslam Mehrəliyev, Nöfəl Şahmaroğlu, Elvin İbra, Erkin Ergin, Tərlan Nur Yaşar, Samir Ələsgərov, Şəlalə Şahvələdqızı, Xalq artisti Əbdül Mahmudov və digər məşhur simalardan ibarətdir.

Filmin baş qəhrəmanı sadəlöhvlüyü ucbatından şəhərdə qeyri-rəsmi fəaliyyət göstərən kollektor şirkətində işə düzəlir. Onun vəzifəsi banklara və ya fiziki şəxslərə borcu olanlardan həmin borcu almaqdır. İşini uğurla görən qəhrəmanın müraciət etdiyi borclu şəxslərdən biri ölü tapılır və bütün dəlillər ona qarşı olduğuna görə qəhrəman həbs olunur. Filmin əsas hissəsi Quantanamo, Alkatras həbsxanasını xatırladan ərazidə cərəyan edir. Baş qəhrəman özünün günahsızlığını sübut etmək üçün həbsxanadan qaçış planı düşünür. Amma bu həbsxanadan qaçmaq mümkün deyil.

Tədbirin təşkil edilməsində “CinemaPlus” kinoteatrlar şəbəkəsi,  Portal Games, “ArtEast Group” reklam agentliyi və “Hillside” premium çaxırları dəstək göstəriblər.

Media dəstəyi Azad Azərbaycan Telaradio Yayım şirkəti, 106 FM və 106.3 FM-ə aiddir.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri