Noy
2023
12:57
22
49
1776
Virtual karabakh

“CinemaPlus” kinoteatrında “Çok aşk” romantik komediyası - VİDEO

7 Noy, 2023
12:57
1776

“CinemaPlus” kinoteatrında “Çok aşk” romantik komediyası - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” premium kinoteatrlar şəbəkəsində noyabrın 9-dan etibarən eksklüziv olaraq “Çok aşk” adlı türk romantik komediyasının nümayişi baş tutacaq.

Filmin ssenaristi və baş rolun ifaçısı Hasan Can Kaya, rejissoru isə Kıvanç Baruönüdür. “Çok aşk” komediyası, xüsusilə musiqidə Yeşilçam dövrünün (1970-1980-ci illərin türk kinosu) həyatını təqlid edir. Tamaşaçılar Hasan Can Kayanı “1 Erkek 1 Kadın” serialının ssenaristlərindən biri və “Konuşanlar” tok-şousunun aparıcısı kimi tanıyır.

Filmin özəlliyi ondadır ki, fraqment parodiyalar təəssüratı yaradır. Amma buna baxmayaraq, Hasan Can personajları iş və sevgi sınaqları vasitəsilə birləşdirərək bütün hissələri bir süjetə toplayır. Aktyor heyəti Büşra Pekin, Barış Yıldız, Şebnem Sönməz və Uğur Yücel kimi tanınmış adlarla zəngindir.

Film arzularını həyata keçirməyə və həyatının sevgisinin qəlbini fəth etməyə çalışan bir insanın hekayəsindən bəhs edir. Coşqun ən böyük arzusu komediya aktyoru olmaq və film çəkmək olan gəncdir. Böyük qardaşı İrfanla birlikdə pirat filmlər sataraq çörək pulu qazanan Coşqun həyatının eşqi Ayla ilə tanış olduqdan sonra tamamilə fərqli bir hal alır. Coşqun həm kino xəyallarını reallaşdırmaq üçün ssenari yazır, həm də aşiq olduğu Aylanın könlünü almağa çalışır.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etməyə və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

 

Bizimlə əlaqə saxlayın

Digər CinemaPlus xəbərləri