Oktyabrın 3-dən ölkənin bir nömrəli kinoteatrı olan “CinemaPlus”da çoxdan gözlənilən “Joker” filminin nümayişinə başlanılıb. Film izləyicilərin də böyük marağına səbəb olub. Bilet satışından bu filmə marağın olduqca yüksək olduğu məlumdur. Biletləri sürətlə satılan filmə tamaşaçılar böyük həvəs göstərirlər. “Joker”ə izləyicilərin marağı isə gündən-günə artmaqda davam edir.
Report-un çəkiliş qrupu məhz bu marağı nəzərə alaraq tamaşaçıların təəssüratlarını öyrənməyə çalışıb.
Böyük bir auditoriyanın izlədiyi filmin tamaşaçıları ekran işinin keyfiyyətli sənət əsəri olduğunu bildiriblər. Tamaşaçılar filmdə rejissor və aktyor işinin mükəmməlliyindən söz açıblar. Onların sözlərinə görə, belə bir ekran əsərinin işıq üzü görməsi tamaşaçı üçün yeni süjet xəttidir.
“CinemaPlus”un inzibatçısı Rasim Baxışov isə “Report” bildirib ki, film təqdimatdan sonra böyük auditoriya toplaya bilib:
“Hər seans minlərlə bilet satılır, hətta, ümumiyyətlə, yer tapılmır. Təkcə bir salonda 270-dən çox bilet satılıb”.