Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

“CinemaPlus”da “Parazitlər”in yaradıcılarından Koreyanın “Ay” fantastik filminin nümayişi keçiriləcək
“CinemaPlus” premium kinoteatrlar şəbəkəsində oktyabrın 5-dən etibarən məşhur “Parazitlər” filmini yaradan “CJ Studio” tərəfindən “Ay” Cənubi Koreya fantastik trillerinin nümayişi baş tutacaq.
Film Hollivud səviyyəsində hazırlanıb və eyni zamanda, “Qravitasiya”, “Marslı” və “Apollon 13” kimi kosmik fantastikaları xatırladır. “Ay” dramı kosmos və fəlakət filmlərinin pərəstişkarlarını baş qəhrəmanlarla birlikdə iki saat ərzində təlaş içində saxlayacaq.
Rejissor Kim Yonq-hva baş qəhrəmanın evdən onminlərlə kilometr uzaqda olduğu anı rəngarəng təsvir edir. Rejissor deyir: “Mən təkcə texniki mükəmməlliyi nümayiş etdirməyən, həm də emosional dərinliyi olan bir film yaratmaq istədim. İnanıram ki, Koreya kinosu digər kosmos mövzulu filmlərdən fərqlənmək üçün kifayət qədər inkişaf edib”.
Baş rollarda Sol Kyunq-qu, To Kyunq-soo, Kim Hee-ae və başqaları çəkiliblər.
Film haqqında qısaca: 2029-cu il. Cənubi Koreya Aya üç astronavt göndərir, lakin Günəşdə partlamalar kosmik gəminin qəzaya uğramasına səbəb olur. Yalnız bir ekipaj üzvü Ayın qaranlıq tərəfinə məcburi eniş edərək, sağ qalır. İndi NASA-nın bütün qüvvələri və Yer kürəsinin ən yaxşı mütəxəssisləri onun həyatını xilas etməyə çalışırlar.
Qeyd etmək istərdik ki, “Ay” filmi “CinemaPlus” kinoteatrında ilk dəfə olaraq orijinal dublyajda Koreya dilində (Azərbaycan dilində altyazı ilə), eləcə də rus dilində (Azərbaycan dilində altyazı ilə) nümayiş olunacaq.
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etməyə və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- Cənubi Koreyada silahlanmış şagird məktəbə hücum edib: Yaralılar var
- Cənubi Koreyada ofis işçilərindən hər gün duş qəbul etmələri istənildi: "Düşünməyin ki, qoxu gəlmir"
- Cənubi Koreyalı futbolçu 37 yaşında vəfat edib
- Cənubi Koreya KXDR-i izləmək üçün orbitə yeni peykini göndərdi
- Odsaçanla yaşayış evinə soxularaq dəhşət yaşatdı - Cənubi Koreyada faciə