Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“CinemaPlus”da rok musiqiçisi Murat Gögebakanın həyatından bəhs edən film - VİDEO
“CinemaPlus” kinoteatrlar şəbəkəsində dekabrın 7-dən eksklüziv olaraq Türkiyənin məşhur rok musiqiçisi Murat Göğebakandan bəhs edən “Murat Göğebakan: Kalbim yaralı” bioqrafik dramının nümayişi başlayır.
Filmin rejissoru Ali Akyıldızdır. Baş rolu heyrətamiz vokal qabiliyyəti olan Burak Sevinç ifa edir.
Filmin qısa məzmunu: Murat Göğebakan 1968-ci ildə Adanada anadan olub və doğulandan sağ ayağından fiziki məhdudiyyətli olub. Bu fiziki çətinlik onu musiqi sevgisindən uzaqlaşdıra bilməyib. 7 yaşlı qardaşının ölümündən sonra, ailə bu faciəyə görə Muratı günahkar hesab edib. Vicdanı ona çox əzab verdiyi üçün musiqidən getdikcə uzaqlaşmağa başlayıb. Yalnız yaxın qohumu Senem onun tərəfində olub və bu müddət ərzində ona dəstək göstərib. Sonradan dostluq romantik münasibətə çevrilib və onlar evləniblər.
Murat musiqi təhsilini başa vurduqdan sonra barlarda mahnı oxumaqla, müəllimlik etməklə pul qazanmağa başlayıb. İstanbula gedib, orada ikinci həyat yoldaşı Selma ilə tanış olub.
İfaçı musiqi karyerası ərzində bir çox mükafatlar alıb, çoxlu konsertlər verib, albomlar yazıb. 40 yaşında ona leykoz diaqnozu qoyulsa da, müalicə nəticəsində xərçəngə qalib gəlib.
"Xərçəngə qalib gəldim, amma xəyanətə qalib gələ bilmədim!" - müalicə zamanı həyat yoldaşı Selmanın ona xəyanət etdiyini öyrənən musiqiçi belə ağır həyat şəraitində ikinci dəfə xərçəng xəstəliyinə tutulub və 45 yaşında dünyasını dəyişib. O özündən sonra milyonlarla pərəstişkarlarına yüzlərlə mahnı və albomlar qoyub gedib. Gögebakanın pərəstişkarları ona “Sevgi Adamı” ləqəbi veriblər.
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sizi sevindirməyə hazırdır.
Rəylər