Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"CineMastercard"da "Dayı: Bir Adamın Hikayesi 2" filminin ulduzu ilə görüş keçiriləcək
"Dəniz Mall" ticarət mərkəzində yerləşən "CineMastercard" kinoteatrında 6 mart 19:00-da hər kəsin çox sevdiyi "Dayı: Bir Adamın Hikayesi 2" türk filminin ulduzu Ufuk Bayraktar ilə görüşü baş tutacaq.
2022-ci ildə ekranlara çıxan "Dayı" filminin birinci hissəsi rəngarəng personajları və gözlənilməz süjet xətti sayəsində tamaşaçıların böyük marağına səbəb olub. Uşaqlıqdan ədalət hissi ilə nadinc olan Cevahir İstanbula yollanır. Şəhər həyatının qəddar tərəfi ilə qarşılaşan o, quldurlara qarşı mübarizə aparmağa başlayır. Cinayətkarlara müqavimət göstərə bilməyən Cevahir özü də kriminal aləmin bir hissəsinə çevrilir, hörmət qazanır, həm də özünə təhlükəli düşmənlər qazanır.
İkinci hissədə yeni çətinliklərin öhdəsindən gələrək, daha da zirvələrə yüksələn, daha da çətin seçimlər və rəqiblərlə qarşılaşan, lakin prinsiplərinə inamını itirməyən Cevahirin həyatından bəhs edilir.
Filmin rejissoru Uğur Bayraktar, baş rollarda Ufuk Bayraktar, Yıldıray Şahinler, Cem Özer, Reha Özcan və Kadir Toprak çəkiliblər.
Qala gecəsinə biletlər artıq satışdadır! Sizi biganə qoymayacaq hekayənin davamını görmək şansını qaçırmayın!
"CineMastercard" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

"CineMastercard" teqi üzrə xəbərlər
- Bakıda "Dayı 2" filminin qala gecəsi keçirildi
- Türk romantik dramı "Aşk Sadece Bir An" - yalnız "CineMastercard"da!
- "CineMastercard"da "Tur Rehberi" türk komediyası
- "CineMastercard"da "Bricit Cons. Oğlana heyran" filminin premyeradan öncə nümayişi keçirilib
- Yalnız "CineMastercard"da türk komediyası "Kutsal Damacana 5: Zombi"