“CinemaPlus” kinoteatrlar şəbəkəsi noyabrın 11-dən nümayiş olunan filmlərin siyahısını yayımlayıb.
“CinemaPlus”dan verilən məlumata görə, Hollivudun tanınmış cizgi filmi “Adams Ailəsi 2”nin birinci hissəsindən sonra şöhrət qazanmış çoxdan gözlənilən ikinci hissəsini “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayişi başlayır.
Cizgi filminin rejissorları Qreq Tirnan və Konrad Vernondur. Baş rolları Oskar Ayzek, Şarliz Teron və Xloya Qreys Morets səsləndiriblər. Cizgi filiminin müddəti 110 dəqiqədir. “Adams Ailəsi 2” 12 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.
Cizgi film haqqında qısa məlumat: Bir evdə əsl şeytan balaları - yəni iki yeniyetmə məskunlaşsa nə etməli? Ən dəhşətli tətili planlaşdırın! Martişa, Qomes, Uensdey, Paqsli və Fester əmi, yeni macəralara başlamaq üçün ailənin səyahət maşınına yüklənirlər. Bu səfərdə Adams ailəsi axır ki, birləşəcək! Əlbəttə ki, sağ qala bilsələr...
Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından, mobil tətbiqindən, IOS və Android əməliyyat sistemi olan smartfonlara tətbiqi yükləyərək əldə edə bilərsiniz.
Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.