Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Türk romantik dramı "Aşk Sadece Bir An" - yalnız "CineMastercard"da!
Yalnız "CineMastercard" premium kinoteatrlar şəbəkəsində emosiyalar fırtınası və əsl ajiotaj yaradan "Aşk Sadece Bir An" türk romantik dramının nümayişi keçirilir.
Rejissor Mustafa Kotan və ssenarist Aslı Zengin tamaşaçıları sevgi və xəyanətin mürəkkəb dünyasına unudulmaz səyahətə çıxarır.
Filmin peşəkar aktyor heyəti personajların inandırıcılığını artırır.
Baş rollarda Emirhan Çakal, Nilsu Berfin Aktaş, Gonca Vuslateri, Emre Kınay və Tuba Ünsal çəkilib.
"Ask Sadece Bir An" - türk kinematoqrafiyasında mühüm yer tutur. Bu film həm süjet, həm də personajların düşündürücülüyü ilə tamaşaçıları heyran edir və kinosevərlərə qaçırılması mümkün olmayan bir təcrübə təqdim edir.
Film haqqında qısaca: Barda işləyən Rüzgarın həyatı bir gün dostunun yerinə taksi sürməsi ilə tamamilə dəyişir. Taksidə tanış olduğu Hayal ilə bir-birlərinə aşiq olurlar. Ancaq Hayalın ailəsi Rüzgarın qatillikdə günahlandırıldığını öyrənir və bu münasibətə icazə vermir. Əslində isə anasını öldürən Rüzgarın atasıdır, lakin günah onun üzərinə atılmışdır.
Hayalın atası onu qızından uzaq durmaqla hədələsə də, Rüzgar sevdiyi qadından əl çəkmir. Münasibətləri davam edərkən Rüzgar motosiklet yarışında qəza keçirir və reanimasiyaya yerləşdirilir. Bu fürsətdən istifadə edən Hayalın ailəsi qızlarını başqa şəhərə aparır. Lakin onların yolları bir gün yenidən kəsişəcək.
Qeyd etmək istərdik ki, filmin yaş həddi 18+ təyin olunub.
"CineMastercard" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
"CineMastercard" teqi üzrə xəbərlər
- "CineMastercard"da "Tur Rehberi" türk komediyası
- "CineMastercard"da "Bricit Cons. Oğlana heyran" filminin premyeradan öncə nümayişi keçirilib
- Yalnız "CineMastercard"da türk komediyası "Kutsal Damacana 5: Zombi"
- "CineMastercard"da ən çox gözlənilən "Karantin" türk filmi
- "Evdə qalmış 2" komediyasının qala gecəsi "CineMastercard"da keçirilib