Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

BMT Baş katibinin müavini: “COP29-un keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq” - FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayder ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyi, habelə bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində BMT ilə birgə fəaliyyət məsələləri müzakirə olunub.
BMT-nin Azərbaycandakı fəaliyyətinin əhəmiyyətindən bəhs olunub, ölkəmizin təşkilat, o cümlədən onun ixtisaslaşmış orqanları ilə səmərəli əməkdaşlıq həyata keçirdiyi bildirilib.
Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar barədə qarşı tərəfə məlumat verilib.
COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdıran baş katibin müavini BMT-nin də bu prosesdə Azərbaycana tam dəstək verməyə hazır olduğunu bildirib. Bununla yanaşı, BMT Baş katibi adından bu ilin sentyabr ayında Nyu-Yorkda keçirilməsi planlaşdırılan “Gələcəyin Sammiti” tədbiri barədə məlumat verib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Prezident: "Azərbaycanla İran beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyirlər"
- Muxtar Babayev: "Qlobal Cənub Platformasının təsisi COP29-un qarşısında duran vacib məsələlərdəndi"
- BMT rəsmisi: "Qlobal Cənub QHT Platforması müstəmləkəçiliyə qarşı birgə mübarizə müstəvisidir"
- Kuala-Lumpur meri: "Azərbaycanın mövqelərin konsolidasiyası təşəbbüsü yüksək qiymətə layiqdir"
- BMT-də Suriyanın yeni bayrağı qaldırıldı